Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Nümayəndə heyətinin rəhbəri: İslamiada müsəlman ölkələrinin sülh istəyini nümayiş etdirir

“İslam sülh dinidir və bizim məqsədimiz bunu dünyaya nümayiş etdirməkdir”.

İslam Həmrəyliyi Oyunları müsəlman ölkələrinin sülh istəyini nümayiş etdirir.

Din.az bildirir ki, bunu Trend-ə Yəmən nümayəndə heyətinin rəhbəri Naila Nəsr Abbas Nəsr deyib.

Onun sözlərinə görə, İslamiadanın keçirilməsi bu ölkələr üçün çox vacibdir: “Bir çox ərəb ölkələrində indi müharibə gedir və biz göstərməyə çalışırıq ki, müharibə yox, sülh istəyirik. Biz digər ölkələrlə münasibətləri inkişaf etdirmək istəyirik. İslam sülh dinidir və bizim məqsədimiz bunu dünyaya nümayiş etdirməkdir”.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az