Notr-Dam kilsəsi haqqında serial çəkiləcək

“Ekran əsərini mümkün qədər faktlara əsaslandırmağa çalışacağıq”.
Fransanın “Vendome” şirkəti Paris Notr-Dam kilsəsində baş verən yanğın barəsində serial çəkmək qərarına gəlib.
Din.az bildirir ki, film kilsədə jurnalist tədqiqatları aparmış “The New York Times” qəzetinin məqalələri əsasında çəkiləcək.
Məlumatda bildirilib ki, serial 4-6 hissədən ibarət olacaq. “Vendome”un rəhbəri Filip Ruselle deyib: “Ekran əsərini mümkün qədər faktlara əsaslandırmağa çalışacağıq. Ssenaridə dəyişikliyin olması istisna deyil. Yanğınla bağlı yeni faktlar üzə çıxdıqca filmə əlavə olunacaq”.
Xatırladaq ki, Notr-Dam kilsəsində yanğın bu ilin aprelin 15-də baş verib. / Milli.Az