Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

NOBEL SÜLH MÜKAFATI KOMİTƏSİ: MYANMANIN DÖVLƏT KATİBİNİN MÜKAFATI GERİ ALINMAYACAQ

Aunq San Su Ci 1991-ci ildə “Nobel” sülh mükafatına layiq görülüb.

Myanmanın dövlət katibi Aunq San Su Ci “Nobel” sülh mükafatından məhrum edilməyəcək.

Din.az bildirir ki, bunu Nobel Sülh Mükafatı Komitəsinin mətbuat katibi Olan Nyolstad bildirib.

O deyib ki, Myanmada Rohinca müsəlmanlarının buddistlər tərəfindən kütləvi şəkildə öldürülməsinə və buna görə Aunq San Su Ciyə göstərilən təzyiqlərə baxmayaraq, onun “Nobel” mükafatı geri alınmayacaq.

Qeyd edək ki, uzun müddət müxalifətdə olan və ev dustaqlığında yaşayan Aunq San Su Ci 1991-ci ildə “Nobel” sülh mükafatına layiq görülüb. 2016-cı ildə Aunq San Su Ci hakimiyyətə gələndən sonra Arakan ştatında yaşayan müsəlmanlarla buddistlər arasındakı qarşıdurmalar daha da şiddətlənib. 100 mindən artıq müsəlman doğma yurdlarını tərk edərək qonşu Banqladeşə sığınıb. / A24.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az