Nigeriyada hicab qadağası qaldırıldı

Xəstələr hicablı tibb bacılarını otaqlarına buraxmır…
Nigeriyanın cənub-qərbində yerləşən Abeokuta qəsəbəsindəki dövlət xəstəxanasında işləyən tibb bacılarına qoyulan hicab qadağasının aradan qaldırıldığı bildirilib.
“Din.az” xəbər verir ki, adının açıqlanmasını istəməyən xəstəxana rəhbərliyi verdiyi açıqlamada, yayımlanan təlimatnamə ilə müsəlman qadınlara “çiyin xəttinə qədər” hicab taxma icazəsinin verildiyini bildirib.
Açıqlama verən şəxs, xəstəxana rəhbərliyinin imzaladığı yeni qərarın tibb bacılarının önlüklərinin üstünə, çiyinlərinə qədər uzanan başörtüsü taxmalarına imkan verdiklərini bildirib.
Müsəlman Haqları Problemi (MURİC) adlı qrup, çərşənbə günü xəstəxanada xüsusilə də psixiatriya klinikasında işləyən bəzi müsəlman tibb bacılarının, hicablı olduqları üçün xidmət etdikləri xəstə otaqlarına alınmadığını açıqlamışdı.
MURİC, ölkə miqyasında hicabın xəstəxanalarda işləmək üçün mane olmadığını, xəstəxana rəhbərliyinin ölkənin qanunlarını görməməzlikdən gəldiyini qeyd etmişdi. Qrup, xəstəxana səlahiyyətlilərinin 11 fevral 2002-ci ildə tibb bacılarının baş örtüləri ilə dövlət xəstəxanalarında işləyə biləcəklərinə dair təlimatnamədən xəbəri olmadığını iddia etdiyini qeyd etmişdi.
Xəstəxanadan isə mövzu ilə bağlı rəsmi bir açıqlama verilməmiş, ancaq xəstəxananın bir tibb bacısı iddiaların əsassız olduğunu bildirib.