Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Netanyahunun “ilhaq” vədinə Türkiyədən kəskin cavab

“Türkiyə fələstinlilərin haqq və hüquqlarını sonuna qədər müdafiə edəcək”.

İsrail Baş naziri Benyamin Netanyahunun seçkiöncəsi vədi aparteid dövlətlərə məxsus yanaşmadır.

Din.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Tvitter səhifəsində yazıb.

O bildirib ki, Türkiyə fələstinlilərin haqq və hüquqlarını sonuna qədər müdafiə edəcək.

Çavuşoğlu Netanyahunun irqçi, təcavüzkar və hüquqdankənar açıqlamalar verməyi davam etdirdiyini söyləyib.

Qeyd edək ki, Netanyahu Aşdod şəhərində seçki təşviqatı kampaniyası ilə bağlı çıxışı zamanı qalib gələcəyi təqdirdə İordan vadisini ilhaq edəcəyini söyləmişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az