Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Netanyahu Qubada sinaqoqda oldu- Foto

“Burada dağ yəhudilərinin adət və ənənələrinin qorunması təqdirəlayiqdir”.

İsrail Baş nazirinin doğma qardaşı, tanınmış dramaturq İdo Netanyahu ölkəmizdə səfərdədir.

Din.az Axar.az-a istinadən xəbər verir ki, İ.Netanyahu Quba rayonunun Qızmızı qəsəbəsində olub. O, iki sinaqoqa və dağ yəhudiləri mesenatlarının təşəbbüsü ilə inşa edilməkdə olan dağ yəhudiləri muzeyinə baş çəkib.

Siyasi ekspert Arye Qutun verdiyi məlumata görə, İ.Netanyahu Qırmızı qəsəbəyə səfərindən məmnun qalıb. O deyib ki, qəsəbə dağ yəhudilərinin yaşaması üçün möhtəşəm və əsrarəngiz bir yerdir.

“Burada dağ yəhudilərinin adət və ənənələrinin qorunması təqdirəlayiqdir”, – deyə qonaq bildirib.

Bundan əlavə, dünən İ.Netanyahu Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevlə görüşüb.

Qeyd edək ki, dekabrın 22-də saat 19:30-da Beynəlxalq Muğam Mərkəzində İ.Netanyahunun “Anlamın axtarışında” pyesinin premyerası baş tutacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az