Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Netanyahu Putinə ölkəsinin İranın Suriya münaqişəsində iştirakına qarşı olduğunu bildirib

“İsrailin Suriyadakı münaqişənin nizamlanması ilə bağlı hər hansı bir etirazı yoxdur”.

İsrailin baş naziri Binyamin Netanyahu cümə axşamı Moskvada Rusiya prezidenti Vladimir Putin ilə görüşü zamanı Tel-Əvivin İranın Suriyadakı münaqişədəki iştirakı ilə bağlı mövqeyini çatdırıb.

“Din.az” “Report”a istinadən xəbər verir ki, bu barədə o öz “Facebook” səhifəsində yazıb.

“Mən qeyd etdim ki, İsrailin Suriyadakı münaqişənin nizamlanması ilə bağlı hər hansı bir etirazı yoxdur, lakin biz İran və onun əlaltılarının bu saziş çərçivəsində Suriyadakı hərbi mövcudluğunu saxlamalarına qətiyyətlə qarşı çıxırıq”, – deyə Netanyahu əlavə edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az