Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

NƏ ÜÇÜN ALLAHDAN BAŞQA İLAH YOXDUR?

“Əgər iddia etdikləri kimi onunla birgə başqa ilahlar olsaydı, şübhəsiz ki, onlar da müəyyən yolla ona yaxın olmağa və ya ona qalib gəlməyə çalışardılar” (“İsra” surəsi, 42).

Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən Əmrə Dormanın məqaləsini sizə təqdim edir:

 

Hər şeydən əvvəl Allah dediyimiz zaman ayələrə nəzər yetirdikdə, nəyin başa düşüldüyü qeyd edilməlidir. Allah varlığı zəruri olan, bütün təriflərə layiq, yaradan, əzəli və əbədi olan, heç nəyə və heç kimə bənzəməyən, şəriksiz qüdrət, ibadət edilməyə layiq yeganə haqq məbuddur.

Belə ki, Allahın necə varlıq olması ilə bağlı ayələr nə üçün Allahdan başqa məbud olmadığının dini cavabını verir. Bununla yanaşı, Quranda, bəzi şəxslərin iddia etdiyi kimi Allahdan başqa ilah olduğu təqdirdə onların öz aralarında mübarizə aparacaqları və hər birinin digəri üzərində üstünlük etməyə, yaxud onu yox etməyə çalışacağı vurğulanır:

“Allahın əsla övladı yoxdur. Onunla yanaşı başqa ilah da yoxdur. Əks halda, hər ilah öz yaratdığını öz yanına çəkər, nəticədə biri digərindən üstün olmağa çalışardı. Allah onların vəsf və təsəvvür etdiklərindən çox üstündür, uca və uludur” (“Muminun” surəsi, 91).

“De ki: “Əgər iddia etdikləri kimi onunla birgə başqa ilahlar olsaydı, şübhəsiz ki, onlar da müəyyən yolla ona yaxın olmağa və ya ona qalib gəlməyə çalışardılar” (“İsra” surəsi, 42).

Bundan başqa, kainata və kiçikdən böyüyə qədər həm kainatın, həm də həyatın yaranmasındakı həssas ölçü və nizamlara nəzər yetirdikdə, bütün bunların davam etməsinə imkan verən qanunların bir-birilə uyğun olmasını müşahidə etdiyimiz zaman bütün bu sistemin yalnız bir yaradan tərəfindən yaradıldığını başa düşürük.

Allahdan başqa ilahlar olsaydı, həm yerdə, həm də göydə qarışıqlıq yaranması və hər ilahın öz yaradacağı qanunları tətbiq etməyə çalışmasıyla nizamsızlığın yaranması qaçılmaz olacaqdı:

“Əgər hər ikisində (göydə və yerdə) Allahdan başqa ilahlar olsaydı, şübhəsiz ki, hər ikisi pozulardı. Yerin Rəbbi olan Allah onların dediyi şeylərdən ucadır” (“Ənbiya” surəsi, 22).

Hadisəyə fəlsəfi baxımdan yanaşdıqda, birdən çox ilah düşüncəsinin nə üçün öz daxilində ziddiyyətli olduğunu üç maddədə qeyd etmək olar:

Quranın Allahın kitabı olduğunu göstərən hər sübut eyni zamanda uca Rəbbimizin bir ilah olduğuna işarə edir.

Fəlsəfədə və elmdə Okkam ülgücü kimi tanınan prinsip vardır. Bu prinsipə əsasən, hər şey birinə bərabər olduğu mühitdə ən sadə, başqa sözlə, ən az ehtimal edilən açıqlama doğrudur. Bir ilah, birdən çox ilahdan daha sadə, daha az ehtimallı açıqlama olduğuna görə əks istiqamətdə hər hansı sübut olmadığı müddətdə doğru qəbul edilməlidir. Buna görə də sübut vermək haqqı birdən çox ilah olduğunu iddia edən şəxsdədir.

Birdən çox ilah olması iddiası məntiqi ziddiyyətə apardığına görə qəbuledilməzdir. Əgər birdən çox ilah varsa, məntiqi baxımdan bu ilahlar müəyyən mövzularda fikir ayrılığına düşəcəklər. Bəs hər şeyə gücü çatan iki varlığın istəkləri zidd olsa, bunlardan hansı həyata keçəcəkdir?

Aydın olduğu kimi Allahdan başqa ilahların olması halı fəlsəfi baxımdan da mümkün deyildir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az