Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

NAZİRLİKDƏN QURBAN BAYRAMI İLƏ BAĞLI XƏBƏRDARLIQ – ƏTRAFI ÇİRKLƏNDİRƏNLƏR 25 MİN MANAT CƏRİMƏ ÖDƏYƏCƏKLƏR

Ən ağır cəza 50 min TL…

Ekologiya və Şəhərsalma Nazirliyi qapıda qurban kəsənlərin “Alo 181” xəttinə bildirilməsini istəyib.

Din.az bildirir ki, Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq, Daxili İşlər Nazirliyi, həmçinin Ekologiya və Şəhərsalma Nazirliyi tərəfindən Qurban bayramında qurbanlıq heyvanların satış və kəsiminin həyata keçirildiyi yerlərdə ətraf ərazilərin çirklənməsinə səbəb ola biləcək fəaliyyətlər araşdırılacaq.

Qurbanların kəsildiyi yerlərdə YOXLAMA…

Baytarlar, polis və hüquq-mühafizə orqanları, həmçinin Ekologiya və Şəhərsalma Nazirliyi Qurban bayramında heyvanların satış və kəsiminin həyata keçirildiyi yerlərdə yolxama keçirəcək. Nazirlik xalqdan da bu mövzuda həssas olmağı, gözönündə və qapının ağzında qurban kəsib ətrafı çirkləndirənlər barəsində “Alo 181” telefon xəttinə məlumat verməsini xahiş edib.

Qurban bayramında qurbanlıq heyvanların satışı və kəsilməsi ilə əlaqədar bələdiyyələr tərəfindən təsis edilən və ya etdirilən yerlərdə həyata keçiriləcək. Qurbanlıq heyvanların tullantıların toplanması is bələdiyyə işçiləri tərəfindən həyata keçiriləcək.

Ekologiya və Şəhərsalma Nazirliyi bələdiyyələrin təyin etdiyi və ya göstəriş verdiyi yerlərdən kənarda heyvan kəsənlərə 203 ilə 50 min 975 TL arasında pul cəzası kəsiləcəyini bildirərək xəbərdarlıq edib.

Belə ki, park, bağça, prospekt, küçə və binaların qarşısında, meydan kimi hər kəsə açıq olan yerlərdə qurbanların satışı və kəsilməsi 203 TL, tullantıları yaşayış məntəqələrində torpağa basdıran şəxslər 1267 TL, qurbanların kəsildiyi yerlərdə qalıqların zəruri qaydalara uymadan və heç bir tədbir görmədən yerə atılması 50.975 TL inzibati cəza tətbiq olunacaq. / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az