Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Nazirlər Kabineti İslamiada zamanı Bakıda xüsusi zolaqlardan istifadə ilə bağlı sərəncam verib

“Qadağan edilən zolaqlara daxil olanlar inzibati qaydada məsuliyyətə cəlb ediləcəklər”.

Nazirlər Kabineti Bakıda xüsusi hərəkət zolaqlarından istifadə ilə bağlı sərəncam verib.

“Din.az” bildirir ki, bu barədə APA-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

O qeyd edib ki, Bakıda keçiriləcək IV İslam Oyunları ilə bağlı hərəkət zolaqlarından istifadə mayın 5-dən 25-dək tətbiq olunacaq.

K. Əliyev bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarına cəlb olunmuş nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin sürücüləri bu zolaqlara daxil olsalar, inzibati qaydada məsuliyyətə cəlb ediləcəklər.

O, həmçinin qeyd edib ki, 5-25 may tarixlərində nəqliyyat vasitələrinin rayonlardan Bakı şəhərinə daxil olması ilə bağlı mövcud məhdudiyyətlərin tətbiqinə də nəzarət gücləndiriləcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az