Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Nazirdən azanla bağlı SENSASİON ADDIM

Nazir: “Yüksək səslə oxunan azan ətrafdakılara narahatlıq verə bilər”.

Məscidlərdə yüksək səslə oxunan azan ətrafdakılara narahatlıq verə bilər, ona görə də səsi azaldılmalıdır.

Din.az xəbər verir ki, bu iddia ilə Səudiyyə Ərəbistanının İslam işləri naziri Əbdüllətif Əl Şeyx çıxış edib.

Nazir azanın namazın vacib tələblərindən olduğunu, lakin imamların ətrafdakılara hörmət etməli olduğunu deyib.

Nazirlik tərəfindən yayılan açıqlamada Əbdüllətif Əl Şeyx məsciddə səsləndirilən yüksək səsli azanın evində oturan və xəstə insanları narahat edə biləcəyi bildirilib. Açıqlamada bildirilib ki, bir məscidin azan səsi digər məscidlərin səsini üstələyir.

“İnsanlara Allahın evini sevdirmək lazımdır. Məscidlərdə mənəviyyat və səssizlik hakim olmalıdır, insanları narahat etməməliyik”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman mülayim İslama qayıdacaqlarını açıqlamışdı. Şahzadə ifratın aradan qaldırılacağını və dəyişikliklərin olacağını xəbərdarlıq etmişdi. Salmanın bu təlimatları ABŞ və İsrail tərəfindən alqışlanmışdı. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az