Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

NAZİR NİQAB GEYİNƏRƏK MÜSƏLMANLARA QARŞI ÇIXAN QADINI SUSDURDU – FOTO

“Xeyir, Senator Hanson, xeyir niqabı qadağan etməyəcəyik”.

Ədliyyə naziri Senator Corc Brandisin parlamentdə niqabla etiraz edən irqçi Pauline Hansona verdiyi cavab ayaqüstə alqışlanıb.

Din.az “A24.az”-a istinadən xəbər verir ki, Avstraliyada islama qarşı fikirləri ilə tanınan irqçi Vahid Millət Partiyasının sədri Pauline Hanson parlamentə niqab geyinərək gəlib. Avstraliyada niqabın qadağan olunması üçün işlərin davam edəcəyini deyən Hanson “Avstraliya xalqı adına demək istədiyim budur ki, avstraliyalıların böyük qismi niqabın qadağan olunmasını görmək istəyir” deyə bildirib.

Hansonun bu sözlərinə ilk cavab ədliyyə naziri George Brandisdən gəlib:

“Xeyir, Senator Hanson, xeyir niqabı qadağan etməyəcəyik. Avstraliyada təqribən yarım milyona yaxın müsəlman yaşayır. Onların böyük hissəsi qanunlara hörmət edən gözəl avstraliyalılardır. Onları lağa qoymaq, təkləyib küncə dirəmək, dini geyimləri ilə ələ salmaq fikrində deyilik. Sizi, etdiyiniz bu dəhşətli hərəkətinizi bir daha düşünməyə dəvət edirəm”.

Ədliyyə naziri Brandisin bu sözləri İşçi Partiyası və Yaşıllar Partiyasının senatorları tərəfindən ayaqüstə alqışlayıb.

“A24az” sözügedən hadisənin videogörüntülərini təqdim edir:

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az