Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

NAZİR İSLAM OYUNLARINDA AZƏRBAYCANA GƏLMƏYƏN ÖLKƏLƏR HAQDA: “GƏLMİRLƏRSƏ, DEMƏK Kİ…”

“İslam Oyunları həm də sülhün bərqərar olduğu, hər kəsin eyni dildə danışdığı möhtəşəm bir tədbirdir”.

Gənclər və idman naziri Azad Rəhimov İslam Oyunlarının açılışı ilə bağlı jurnalistlər üçün keçirilən mətbuat konfransında çıxış edib.

Din.az bildirir ki, konfransda iştirak edən “A24.az” saytının müxbirinin qeyd etdiyinə görə nazir çıxışı zamanı həm ölkəmizə gələn və oyunlarda iştirakçı olacaq idmançıları, həm də media nümayəndələrini salamlayıb.

 

“Sabah Azərbaycan üçün çox vacib və əhəmiyət kəsb edən tədbir keçiriləcək. Bütün dünyanın diqqəti Azərbaycanda olacaq. İlk olaraq doğma Bakımıza təşrif buyurmuş, qalibiyyət uğrunda mübarizə aparacaq idmançıları, eyni zamanda rəsmiləri, tamaşaçıları və keçiriləcək bu müddət ərzində əvəzsiz xidmətləri olacaq media nümayəndələrini salamlayıram və onların hər birinə “Azərbaycana xoş gəlmişsiniz!” deyirəm.

İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsindən qürur hissi quyuruq. İslam sülh, qarşılıqlı sevgi, hörmət, xalqları birliyə səsləmək deməkdir. IV İslam Həmrəyliyi Oyunlarının məhz Bakıda keçirilməsi bu mesajların dünyaya çatdırılması deməkdir”.

Nazir çıxışı zamanı İslam Oyunlarında iştirak etməkdən imtina edən 3 ölkənin adını çəkərək bunları bildirdi:

“IV İslam Oyunları təkcə idman yarışı deyil. Bu oyunlar eyni zamanda sülhün bərqərar olduğu ölkələrin bir araya gəldiyi, hər kəsin bir dildə danışdığı möhtəşəm bir tədbirdir. Dünyanın 4 qitəsində IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq idmançılar yetişməkdə olan gənc nəslə bir nümunə olacaq. Əfsuslar olsun ki, bəzi ölkələr oyunlarda iştirak etməkdən imtina etməli oldular. Nəticədə Sudan, Liviya və Küveytdən olan idmançılar Bakıda bizə qoşulmayacaqlar. Bu hal bizi məyus etsə də, lakin oyunlara qoşulan 54 ölkənin 3 minə yaxın oyunçuları İslam Oyunlarında mübarizə aparmaqla bizi sevindirməyə bilməz. Bakımız oyunlara tam hazırdır. Bir çox müasir idman obyektləri bir sıra idman oyunlarına artıq ev sahibliyi edir. Atletlər kəndi bütün ölkələrdən olan iştirakçıları salamlağa və onların bütün ehtiyaclarını qarşılamaqda davam edir. Bakı-2017 4 qitədə 50-dən çox ölkəyə yaylımlanacaq və 1,3 milyardan çox tamaşaçı auditoriyasını əhatə edəcək. Əminəm ki, IV İslam Həmrəyliyi Oyunları idmanın, sülhün, mədəniyyətin və birliyin nümayişi olacaq. IV İslam Həmrəyliyi Oyunlarında 30-a yaxın islam ölkələrinin nazirləri, milli olimpiya komitələri, dünyanın tanınmış ölkələrinin prezidentləri, rəhbərləri iştirak edəcək”.

Daha sonra nazir 3 ölkənin oyunlardan imtina etməsinin səbəblərini izah etdi:

“Əminliklə qeyd edirik ki, 57 ölkənin idmançıları Azərbaycanda oyunlarda iştirak edir. Bu bir rekord nəticədir. Lakin son 3-4 gündür ki, bizə daxil olan məlumatlara əsasən, 3 ölkə iştirak etməyəcək. Sözsüz ki, biz əlimizdən gələni etmişik ki, bütün ölkələri razı salaq. Bu 3 ölkənin gəlməməsi qərarına biz hörmətlə yanaşırıq. Əlbəttə ki, biz həmin ölkələrə sual verə bilmərik ki, hansı səbəblərə görə, siz gəlmirsiniz?! Səbəblər müxtəlif ola bilər. Amma mən inanıram ki, Bakı şəhərində aparılan hazırlıq işləri bütün ölkələri cəlb edərdi ki, onlar bura gəlsinlər. Gəlmirlərsə, demək ki, çox vacib səbəblərdən dolayı bu qərarı verirlər. Biz isə onları anlayışla qarşılayırıq”.

Orxan Aslanlı

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az