Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Nazir Fatma Kaya: Avropa məndən qorxdu

“Terror təşkilatlarına icazə verən Hollandiya nə üçün məndən qorxdu?”

Hollandiyanın ölkədən xaric etdiyi Türkiyənin ailə və sosial məsələlər naziri Fatma Betül Sayan Kaya belə deyib: “Qadın olduğuma görə məndən qorxdular”.

“Din.az” Türkiyənin “timeturk.com” saytına istinadən xəbər verir ki, Hollandiyanın çıxış etməsinə icazə vermədiyi və ölkədən xaric etdiyi ailə və sosial məsələlər naziri Fatma Betül Sayan Kaya Muğlada xalqa səslənib.

Hollandiyada qarşılaşdıqlarını danışan Kaya belə deyib: “Terror təşkilatlarına icazə verən Hollandiya nə üçün məndən qorxdu? Qadın olduğuma görə… Bəli, məndən qorxdular. Bundan başqa, 16 apreldə keçiriləcək referendumda “Bəli” səsinin çıxmasından qorxduqlarına görə 2023, 2051, 2071 hədəflərində sizin dəstəyinizlə inamlı addımlarla irəliləyəcəyik”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az