Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Nazir: BƏƏ Azərbaycanla ticarəti genişləndirmək niyyətindədir

“Bu cür görüşlər ikitərəfli iqtisadi əlaqələr üçün yaxşı platformadır”.

Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadi əməkdaşlığının səviyyəsi iki ölkə arasındakı mövcud potensialı əks etdirmir.

“Din.az”ın Trend-ə istinad etdiyi məlumata görə, bunu BƏƏ-nin iqtisadiyyat naziri Sultan bin Səid əl-Mansuri aprelin 20-də Əbu-Dabidə keçiriləcək İqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın altıncı görüşü ərəfəsində deyib.

Nazir bildirib ki, iclasın gedişində tərəflər turizm, energetika, ətraf mühit və təbii resurslar sahəsində əməkdaşlığın artırılması məsələsini müzakirə edəcəklər: “Bu cür görüşlər ikitərəfli iqtisadi əlaqələr, investisiyalar və ticarətin dövlət başçılarının gözlədiyi səviyyədə inkişafı üçün yaxşı platformadır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az