Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

NAZARBAYEVDƏN İSLAM ÖLKƏLƏRİNƏ MÖHTƏŞƏM TƏKLİF

G20-nin analoqu olan qurum yaradıla bilər.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev islam ölkələrinə G20-nin analoqu olan bir qurumda birləşməyi təklif edib.

Din.az bildirir ki, İslam Əməkdaşlıq Təşkilatının Astanada keçirilən bugünkü sammitində N.Nazarbayev bu təşəbbüsün elm və iqtisadiyyatın inkişafına böyük töhfə olacağını deyib.

“Düşünürəm ki, islam dünyasında elm və iqtisadiyyatın inkişafı üçün G20 kimi bir forum yaratmaq lazımdır. İƏT-in qabaqcıl 15 ölkəsindən İƏT-15 adlı təşkilat qurmaq mümkündür”, – Nazarbayev bildirib.

Prezientin sözlərinə görə, islam dünyasının Qərblə yaxınlaşması üçün forum və görüşlərin vaxtaşırı və sistemli keçirilməsinə ehtiyac var.

“Biz gərək Qərb ölkələri ilə əməkdaşlığı səmərəli şəkildə inkişaf etdirək. Bu birlik bütün islam dünyasının inkişafına imkan verəcək”, – Nazarbayev qeyd edib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az