Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

NATO-NUN YENİ HƏDƏFİ AÇIQLANDI: TÜRKİYƏ, AZƏRBAYCAN, İRAN, PAKİSTAN VƏ SƏUDİYYƏ PARÇALANMALIDIR – QƏRBİN II PLANI

PKK-nı silahlandıran Qərbin kirli siyasəti nəticəsində ikinci layihəyə start verilib.

Yaxın Şərqdə Qərqin imparialist maraqları və İsrailin təhlükəsizliyini təmin edəcək birinci layihə artıq tamamlanıb. Türkiyənin sözdə müttəfiqi olan NATO, PKK/PYD terror təşkilatını silah-sursatla təmin edərək Türkiyəni parçalama əməliyyatına başlayıb. Ərəb baharı ilə Suriya, İraq, Liviya və Misiri nəzarət altına alan imperializmin növbəti hədəfi Türkiyə, İran, Azərbaycan, Pakistan və Səudiyyə Ərəbistanı parçalayaraq ikinci layihələrini gerçəkləşdirməkdir.

Din.az “A24.az”-a istinadən xəbər verir ki, heç bir hüquqi və əxlaqi normalara əməl etmədən terror təşkilatı olan PKK-nı silahlandıran Qərbin kirli siyasəti nəticəsində ikinci layihəyə start verilib.

ABŞ və müttəfiqləri PKK terror təşkilatına bir ordunun ehtiyacı olan hər növ silahı verdi. Rusiyanın isə göndərdiyi silah-sursatlar arasında tank, təyyarə əleyhinə minalar var. İspaniya, Almaniya G3, MG3, Milan tank əleyhinə raket verməklə dəstəkləyir. İtalyanlar PKK-ya insan əleyhinə mina, İsveç tank, İsrail “uzi”, Avstriya isə “glock” tapanca satır.

Texniki dəstək də Qərdən gəlir…

ABŞ, Almaniya və müttəfiqləri sadəcə silah satışı ilə kifayətlənmirlər. Onlar PKK terrorçularını eyni zamanda satdıqları silahlardan necə istifadə qaydaları ilə bağlı təlimlər də keçirlər. PKK-lı kimi təqdim olunan qərbin agentləri sonuncu dəfə Ayn Əl Ərəbdə Legion qruplaşmasını qurdular. Avropada əksəriyyəti təcavüz, insan yaralama və öldürmə faktı ilə təqsirli bilinən qərbin terrorçu birləşmələri “international” (beynəlxalq) adlandırılır. Hazırda sayları 5 mini keçməkdədir. ABŞ-ın Suriyada qurduğu 12 hərbi bazada 20 gün təlim keçən terrorçular missioner təşkilatlarla sıx əlaqə qurur, hətta 2500 dollara qədər maaş da alırlar. Terrorçuların daha çox alman, fransız, ingilis, amerika və kanadlı olduğu bildirilir. Lakin qərbli terrorçular uzun müddət PKK-ya xidmət göstərmək məcburiyyətindədirlər. PKK-lı qadın hərbçilərlə də evləndirilirlər.

Terror təşkilatlarını QƏRB yaradıb…

İslam coğrafiyasında fəaliyyət göstərən PKK və digər terror təşkilatları qərb ölkələri tərəfindən yaradılmış və ya dəstəklənmişdir. Özləri üçün təhlükəli bildikləri ölkələrə qarşı müharibələri bu terror təşkilatları ilə davam etdirirlər. Əgər hədəf İslam dünyasıdırsa, Rusiya da Qərbin bu kirli ittifaqının içindədir.

Sırada Türkiyə var…

Arakan qətliamında da ABŞ-ın əlinin olduğunu deyən türkiyəli mütəxəssislər FETO terror təşkilatının qərargahı ABŞ-da olduğu kimi, Qərb ölkələri bunu açıq-aşkar dəstəkləyib silahlılarını dəstəkləməkdədir. Son illər Yaxın Şərqdə baş verənlər, İsrailin təhlükəsizliyi və qərbin bölgədəki məqsədlərini həyata keçirmək üçün tətbiq etdiyi siyasətdir. İsrailə qonşu olan islam ölkələrində (İraq, Suriya, Misir, Livan, İordaniya, Liviya) parçalanma planı ustalıqla gerçəkləşdirilib. İndi sıra ikinci plandadır. Bu plana daxil olan ölkələr isə Türkiyə, İran, Azərbaycan, Pakistan, Səudiyyə Ərəbistanıdır. İsrailin şimalda təhlükəsizliyini təmin edə bilməsi üçün terror təşkilatı kürd dəhlizinin yaradılması bu planın bir hissəsidir. Sekulyar kürd dövləti ilə İsrail həm şimaldan təhlükəsizliyini təmin edəcək, həm də Türkiyə və İranın parçalanması əməliyyatlarının həyata keçirilməsinə zəmin yaranacaqdır. Odur ki, artıq bir terror təşkilatı ilə deyil, terrorçu dövlətlə mübarizə aparacağımız günlər o qədər də uzaq deyil.

Qərb ölkələri 9üzv olduğumuz NATO) dost kimi görünsə də düşmənçiliklərini hər üsul və yoldan istifadə edərək utanmadan tətbiq etməkdədir. PKK-ya dəstək mövzusunda bu tablo onların gerçək simasını göstərən sübutlardan biridir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az