Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Nardaranda mədrəsə tikilir

“Nardaranda sabit vəziyyət var. Bu gün Nardaranda aparlan abadlıq-quruculuq işləri qəsəbənin əhalisi tərəfindən birmənalı şəkildə dəstəklənir. Eyni zamanda, Nardaranda dini baxımdan da bəzi tədbirlər həyata keçirilməkdədir”. “Din.az” xəbər verir ki, bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədri bildirib ki, Nardaranda Cümə məscidinin, dini icmanın formalaşması istiqamətində iş başa […]

“Nardaranda sabit vəziyyət var. Bu gün Nardaranda aparlan abadlıq-quruculuq işləri qəsəbənin əhalisi tərəfindən birmənalı şəkildə dəstəklənir. Eyni zamanda, Nardaranda dini baxımdan da bəzi tədbirlər həyata keçirilməkdədir”.

“Din.az” xəbər verir ki, bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

10912927_10203512291152399_781308124_n

Komitə sədri bildirib ki, Nardaranda Cümə məscidinin, dini icmanın formalaşması istiqamətində iş başa çatmaq üzrədir: “Artıq onların sənədləri bizə təqdim olunub. Biz onları qeydiyyata alacağıq. Digər məhəllə məscidlərində isə Qafqaz Müsəlmanları İdarəsinin təqdimatı ilə məscidlərin idarəçiliyi ilə bağlı nümayəndələr müəyyənləşdirilməkdədir. Bəziləri hətta müəyyənləşdirilib. Eyni zamanda, Nardaranda mədrəsə tikilir və istifadəyə veriləcək. Nardaranda hər şey dövlətin və xalqın maraqlı çərçivəsində davam edir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az