Myanmada toqquşmalarla əlaqədar Çinə qaçqın axını başlayıb

Kokanqa geniş muxtariyyət verilməsi, yaxud Myanmardan ayrılması tələb edilib.
Mayanmada etnik qiyamçılarla hökumət qüvvələri arasında toqquşmaların artması ilə əlaqədar minlərlə insan Çinə üz tutub.
“Din.az”ın APA-ya istinadən verdiyi məlumata görə, Myanmanın Şan ştatında yerləşən Kokanqın əhalisi etnik çinlilərdir.
Silahlı etnik qruplaşmalar Kokanqa geniş muxtariyyət verilməsini, yaxud Myanmadan ayrılmasını tələb edirlər. Etnik çinlilərin silahlı qruplaşmaları ilə Myanma hökumət qüvvələri arasında toqquşmalar 1949-cu ildən başlayıb, 1990-cı illərin ortalarına qədər davam edib. Silahlı münaqişə 2014-cü ildə yenidən başlayıb.
Son günlər Çinlə sərhəd yaxınlığında vəziyyət gərginləşib. Martın 6-da qiyamçılar Çinlə sərhəddə yerləşən Şan ştatında təhlükəsizlik qüvvələrinə hücum edib. Hücum nəticəsində 30 nəfər ölüb. Dünən Qırmızı Xaç Komitəsi Çinin sərhəddə yerləşən Nan San şəhərindəki qaçqın düşərgəsinə 200 nəfərin yerləşdirildiyini, 300 nəfərin sərhədin Myanma tərəfindən gözlədiyini açıqlayıb.