Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

MYANMADA MÜSƏLMANLARIN QƏTLİAMINA FƏTVA VERƏN LİDER ÖLDÜRÜLDÜ – ÇEÇEN İZİ – FOTO

Myanmaya “ordu yeritmək” barədə tez-tez müraciətlər edilir.

Myanmanın Arakan ştatında müsəlmanların qətliamına fətva verən buddist ruhani lider öldürülüb.


Din.az bildirir ki, ruhani lider dünən səhər saatlarında çeçen mücahidləri tərəfindən mühafizəçiləri ilə birlikdə qaçırılıb.
Xəbərə görə, öldürülən ruhani liderin gözləri də çıxarılıb.
Xatırladaq ki, daha əvvəl Çeçenistan başçısı Ramzan Kadırov Rusiya KİV-i fəaiyyətsizlikdə ittiham edib: “Avropada hardasa partlayış olanda bizim şərəfli KİV dərhal reaksiya verir. Amma üç günə bir neçə min adam öldürülür, hamı susur”.
O həmçinin qeyd edib ki, Myanmaya “ordu yeritmək” barədə tez-tez müraciətlər alır. Kadırov vurğulayıb ki, bu, onun səlahiyyətində deyil və təkbaşına belə qərar verə bilməz. Lakin onu da əlavə edib ki, Rusiya Myanmada “cinayətlər törədən” “şeytanlar”ı dəstəkləsə, Rusiyanın bu mövqeyinə qarşı çıxacaq. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az