Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

MYANMA SOYQIRIMI – DAHA HANSI ÖLKƏLƏRDƏ MÜSƏLMANLARA ZÜLM EDİLİR…

Müsəlmanların zülm çəkdiyi ölkələr…

Son günlər Myanma hökumət qoşunlarının Banqladeşlə sərhəddə yerləşən Rakhayn vilayətində müsəlmanlara qarşı repressiya siyasəti, 400-dən artıq insanı öldürməsi, on minlərlə müsəlmanı yurd-yuvalarından qovması bütün dünya müsəlmanları arasında ciddi etiraz doğurdu.

Müxtəlif ölkələrdə azlıqda olan müsəlman-rahicanların kütləvi qırılmasına qarşı etirazlar yüksəldi. Din.az Modern.az-a istinadən dünyanın müxtəlif yerlərində qırğına məruz qalan müsəlmanlar barədə informasiyanı təqdim edir.

Kəşmir münaqişəsi (Hindistan-Pakistan)

Kəşmir problemi 1947-ci ildə Hindistan və Pakistan arasında alovlanıb. Əsasən müsəlmanların yaşadığı Kəşmir 3 müharibəyə, 50 mindən artıq insanın ölümünə səbəb olub. Hindistanın nəzarəti altında olan Cammu və Kəşmir ştatında dini zəmində tez-tez qarşıdurmalar yaşanır. 2016-cı ilin iyulunda hindistanlı hərbçilər ştatın Pakistana birləşməsini tələb edən müsəlman liderini güllələmişdi. Bu addım yerli müsəlmanların ciddi narahatlığına səbəb olmuş və 80 nəfərin ölümünə yol açmışdı. Pakistan rəsmiləri Kəşmirdə müsəlmanlara qarşı baş verənləri özbaşınalıq adlandırmışdı.

Həmən ilin senthbarında isə Polas kəndində 5 yaşlı müsəlman qızın hindistanlı əsgər tərəfindən güllələnməsi növbəti gərginliyə yol açmışdı.

 

Maravidə böhran (Fillipin)

Fillipinin Mindanao adasında əhalinin 94%-i müsəlman olsa da, ümumilikdə Fillipin əhalisinin 80%-i xristiandır. 1970-ci illərdən başlayaraq ada ərazisində “Maute” və “Əbu Sayaf” terror təşkilatlarının silahlı fəaliyyəti nəticəsində hökumət qoşunları Mindanao ərazisində bir sıra əməliyyata keçirmişdi.

Mayın 23-də silahlı qruplaşmalar adanın əsas şəhəri sayılan Mindanaonu ələ keçirərək hökumət qüvvələrinə yeni döyüş vermişdilər. 4 aylıq döyüşlər zamanı 800-dən artıq insan həlak olmuş, 180 min sakin evakuasiya olunmuş və 800 min moro müsəlmanı isə evsiz qalmışdı.

Maravi uğrunda döyüşlərdə dinc müsəlmanların ölümünə görə prezident Duterte yerli müsəlmanlardan üzr istəsə də, şəhərin dağıdılmalı olduğunu demişdi.

 

Fələstin-İsrail qarşıdurması

Fələstin-İsrail qarşıdurması son 70 il ərzində dünya qlobal təhlükəsizlik sistemini təhlükəyə atan əsas problemlərdən sayılır. 1947-ci ildə İsrail dövlətinin yaranması və Fələstin ərazilərinin işğalı ilə davam edən münaqişə Yaxın Şərqin “barıt çəlləyi”nə çevrilməsinə səbəb olub.

Təkcə 2016-cı ildə İsrail təhlükəsizlik orqanları 94 fələstinlini öldürüb. Bu müddətdə 11 İsrail vətəndaşı da silahlı hücumların qurbanı olub. 2017-ci ildə isə Əl Əqsa məscidi ətrafında yaranmış gərgiblik və İsrail tərəfinin məscidə girişi nəzarətə götürməsi yeni gərginliyə səbəb olmuşdu.

İsrail-Fələstin münaqişəsi XXI əsrdə dünyanı narahat edən ən böyük problemlərdən biri sayılır.

 

Nigeriyadakı dini müharibələr

Afrikada xristianlar, müsəlmanlar və ənənəvi Afrika dinlərinə sitayiş edənlər arasında tez-tez qanlı toqquşmalar baş verir. Ölkənin şimalında çoxluq təşkil edən müsəlmanlar və cənubdakı müsəlmanlar arasında tez-tez dini zəmində qanlı toqquşmalar baş verir. Nigeriya hakimiyyəti müsəlmanlara qarşı həyata keçirilən amansız əməliyyatları “Boko Haram” qruplaşmasının mövcudluğu ilə əlaqələndirsə də, reallıqda bu addımların əksəriyyəti ehtiyac olmadan həyata keçirilir.

2015-ci ildə Nigeriya ordusu Baş Qərargah rəisi Tukura Buratayın yol karvanının qarşısını kəsən 300 şiəni güllələmişdi. 2017-ci ilin fevralında müsəlmanların ölümünə çağırış edən xristian pastoru Conson Suleman həbs olunmuşdu. Paralel olaraq, Nigeriya ordusunun hava zərbələri nəticəsində Borno ştatının şimalında 100-ə qədər müsəlman həlak olmuşdu.

 

Tailandda müsəlmanlarla döyüşlər

Ötən ilin avqustunda Tailandın turizm bölgəsində baş verən terror aktları Tailandda azsaylı müsəlman icması ilə yerli hakimiyyət arasında ziddiyyətləri üzə çıxardı. Tailandin cənubunda gərginlik 2003-cü ildə “sarı inqilab”dan sonra başlamışdı. Yeni hakimiyyət terrorla mübarizə adı altında müsəlman əhalisinə qarşı sərt reydlərə başlamışdı. 2004-cü ildə Tak-Bai kəndində müsəlmanların dinc nümayişi polis tərəfindən gülləbaran edilmişdi. Hadisələr zamanı 6 nəfər həlak olmuşdu. Həbs olunan 78 dinc sakin isə daşınarkən yük maşınındakı havasızlığa görə keçinmişdilər.

 

Tailandın əsasən malaylılardan ibarət azlığı 2004-cü ildən bəri hakimiyyətə qarşı silahlı mübarizəyə başlayıb. Bu hadisələr zamanı 6,5 mindən çox insan həlak olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az