Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Myanma rohinca qaçqınlarının ölkəyə qayıtmasının qarşısını almaq üçün sərhədlərini minalayıb

Banqladeşlə sərhəddə minalanmış ərazi maneəsi yaradıldı.

Myanma hökuməti rohinca qaçqınlarının ölkəyə qayıtmasının qarşısını almaq məqsədi ilə qonşu Banqladeş ilə sərhəddə minalanmış ərazi maneəsi yaradır.
Din.az bildirir ki, bu barədə qonşu Banqladeş hökumətindəki mənbə məlumat verib.
“Bizim qüvvələr də Myanma tərəfində yerə nəsə quraşdıran üç-dörd qrup görüb. Sonradan informatorlarımız onların sərhəd əraziləri minaladığını təsdiqləyib. Əldə etdiyimiz məlumata görə, onlar üç gündür minalanma işləri aparır”, – mənbə bildirib.
Rohincalar Myanmanın Rakhayn (başqa adı Arakan) ştatında yaşayan İslamı dininə sitayiş edən etnik azlıqdır. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, rohincalar dünyada ən çox zülmə və əziyyətə məruz qalan etnik azlıqlardan biridir. 2012-ci ildə dini zəmində baş verən toqquşmalardan sonra bu etnosun 120 mindən çox üzvü ev-eşiklərindən qovulub və qaçqın düşərgələrində qalmağa məcbur olub. Onlara vətəndaşlıq verilmir, tibbi yardım göstərilmir, onların ölkədə hərəkətlərinə məhdudiyyətlər qoyulub. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az