Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

MYANMA QAÇQIN ROHİNCALARA VƏTƏNDAŞLIQ VERƏCƏK

Vətəndaşlıq bütün rohincalara verilməyəcək.

Myanma hakimiyyəti ölkəni tərk edərək Banqladeşdə məskunlaşan 470 min rohinca xalqının nümayəndəsinə vətəndaşlıq verməyi düşünür.

Din.az bildirir ki, baş nazir San Su Ci Rakhayn vilayətinə xüsusi təftiş komissiyası göndildiyini deyib. Onun sözlərinə görə bütün rohincalar deyil, yalnız Myanmaya 1947-ci ildən əvvəl köçən şəxslərin ölkə vətəndaşlığını ala biləcəyini deyib.

Qeyd edək ki, 1982-ci ildə qəbul olunan Myanma konstitusiyası ölkə vətəndaşlığına yalnız 135 yerli xalqın nümayəndəsinə verilə biləcəyini qeyd edib. Həmin xalqlar arasında isə rohicanların adları yoxdur. Onların Britaniya müstəmləkəsi olan dövrdə Myanmaya gətirildiyi iddia olunur. Buna görə də onlar Myanmada qeyri-qanuni miqrant kimi tanınırlar. / Modern.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az