Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Myanma ordusu 400 müsəlmanı qırdı

Hökumət qüvvələri ilə Rohinya müsəlmanları arasında qarşıdurmalar davam edir.

Myanma ordusu bir həftə əvvəl hökumət qüvvələri ilə Rohinya müsəlmanları arasında başlayan qarşıdurmalar zamanı təqribən 400 insanın öldüyünü bildirib.

Din.az Report.az-a istinadən xəbər verir ki, tərəflər arasında silahlı toqquşma indiyədək davam edir.

Bundan əvvəl 100 nəfərin öldüyü bildirilirdi.

Myanma ordusunun bəyanatında deyilir ki, avqustun 25-dən indiyədək 90 silahlı toqquşma baş verib. Bunun nəticəsində 370 qiyamçı məhv edilib.

Hökumət qüvvələri arasında itkilərin sayı 15 nəfərdir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az