Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Myanma hökuməti BMT-nin müsəlmanlara humanitar yardım çatdırmasına icazə verməyib

BMT müsəlmanlara yardım üçün Myanma hökumətindən icazə istədi.

Myanma hökuməti Arakandakı müsəlmanlara humanitar yardım aparılmasına icazə vermir.

Din.az bildirir ki, bunu BMT-nin sözçüsü Stefane Dujarric gündəlik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, BMT Myanma hökumətindən Arakan əhalisinə humanitar yardım aparılması ilə bağlı icazə istəyib: “Hökumət BMT-nin istəyini təmin etmədi. Myanmada hadisə baş verən bölgədə 300 min insanın qidaya, 170 min nəfərin tibbi xidmətə, 55 min hamilə qadının isə əlavə qidalanmaya ciddi ehtiyacı var”.

BMT-nin sözçüsü deyib ki, onlar icazə verilmədiyindən hadisə baş verən bölgələrə girə və ora ilə bağlı xəbərləri təsdiqləyə bilmirlər.

S.Dujarric avqutsun 25-dən indiyədək Myanmadan Banqladeşə 415 min nəfərin sığındığını vurğulayıb. / Oxu.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az