Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

MYANMA: BMT ARAKAN ARAŞDIRMA HEYƏTİNƏ MANE OLUR

Arakan müsəlmanlarına qarşı zülm davam edir.

Myanma hökumətinin səlahiyyətli şəxsləri Arakan müsəlmanlarına qarşı həyata keçirilən zorakılıq, işgəncə və cinayət iddialarını araşdıran Birləşmiş Millətlər Araşdırma Heyətinin ölkəyə daxil olmasına mane olacağını bildirib.

Din.az Türkiyənin “muslimport.com” saytına istinadən xəbər verir ki, Nobel sülh mükafatı almış Aunq San Su Kyinin rəhbərliyi ilə Myanma hökuməti mart ayında qəbul edilən İnsan Haqları Şurasının qərarından sonra yaradılan səfirliklə birgə əməkdaşlıq etməyəcəyini açıqlamışdı.

Paytaxt Naypitatodakı Xarici İşlər Nazirliyinin daimi katibi Kyav Zeya deyib: “Araşdırma heyətinin gəlməsinə icazə verməyimiz üçün heç bir səbəb yoxdur”.

Sui Kyi ordunu idarə etməsə də qərbdəki Raqhine əyalətində 1 milyondan artıq vətənsiz rohinqyalı müsəlmanı qorumamasına görə tənqid edib. Sui Kyi bu ay İsveç səfəri əsnasında bunları deyib: “BMT araşdırmaları müxtəlif topluluqlar arasında böyük düşmənçilik yaradacaq”.

Raqhine əyalətində əhalinin əksəriyyəti etnik Raqhine bütpərəslətindən ibarətdir. Raqhine bütpərəstləri Myanmada yaşayan bir çox buddist kimi rohinqyalı müsəlmanları Banqladeşdən gələn qanunsuz mühacirlər hesab edir.

Kyav Zeya öz etirazlarını belə bildirib: “Yerli sistemimiz fəaliyyət göstərdiyi halda Avropa Birliyi nə üçün bizə qarşı haqsız təzyiq göstərir? Bu təzyiq məsələni həll etməyimizə heç bir kömək etməyəcək”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az