Müsəlmanların sayının artması və İslamın yayılması

Araşdırmalar gələcəkdə İslamın xeyli genişlənəcəyini göstərir.
ABŞ-ın “Pyu” Araşdırma Mərkəzi 2070-ci ilə qədər İslamın dünyanın ən büyük dini olacağını bildirib.
“Din.az” Türkiyənin “timeturk.com” saytına istinadən xəbər verir ki, “Pyu” Araşdırma Mərkəzinin “dünya dinlərinin gələcəyi” adlı yeni araşdırmasında mövcud yüksəlmə davam etdiyi təqdirdə 2070-ci ildə İslam dininin xristianlığı ötəcəyini və dünyanın ən çox əhalisi olan dini olacağı qeyd edilib.
Araşdırmada dünyada müsəlman əhalinin 1,6 milyard, xristianların sayının isə 2,17 milyard olduğu qeyd edilib. Aparılan ehtimallara əsasən, bu saylar 2050-ci ilə qədər əvvəl 2,76 milyard, bir müddət sonra isə 2,92 milyard olacaq.
2015-ci ilin araşdırmasına əsasən, ABŞ-da 3,3 milyon müsəlman vardır ki, bu da ümumi sayın 1%-inə bərabərdir. 2011-ci ilin araşdırmasına əsasən, müsəlmanların 63%-i mühacirlərdir.
2050-ci ilin ehtimallarına görə, ABŞ-da yaşayan müsəlmanların sayı 2%-i keçərək ən çox əhalisi olan ikinci dini qrup ünvanını yəhudilərdən alacaqdır. (Dini olmayanlar bu sırada qeyd edilməyib.)