Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Müsəlmanlara şok qadağa: “Evdən çölə çıxsanız…”

Müsəlmanlara küçəyə çıxma qadağası elan edilib.

Kəşmirin Hindistanın nəzarətindəki ərazilərində təhlükəsizlik qüvvələri ilə müsəlmanlar arasında baş verən qarşıdurmadan sonra rəsmi Dehli bölgədə küçəyə çıxma qadağası elan edib.

Din.az xəbər verir ki, Cammu və Kəşmirdə Hindistan təhlükəsizlik qüvvələri ilə məhərrəm ayı ilə əlaqədar matəm mərasiminə qatılan müsəlmanlar arasında şiddətli qarşıdurma baş verib.

Olaylardan sonra Hindistan hökuməti Seringer şəhərində və ətraf bölgələrdə küçəyə çıxma qadağası elan edib.

Məlumata görə, Hindistan polisi müsəlmanların küçələrə çıxmasının qarşısını almaq üçün ərazilərdə nəzarəti gücləndirib.

Əlavə edək ki, rəsmi Dehli bir müddət əvvəl Cammu və Kəşmirin muxtar statusunun məhdudlaşdırılması və bu münaqişəli bölgələrin birləşdirilməsinə dair qərar qəbul edib. Hindistan tərəfinin bu addımı Pakistanın kəskin etirazı ilə qarşılanıb.

Rəsmi İslamabad Hindistanı tərəfləri savaşa təhrik etməkdə ittiham edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az