MÜSƏLMANLARA QARŞI ZORAKILIQDAN NARAHATIQ – XİN

“Bu zorakılığın dayandırılması istiqamətində olan səylərini dəstəkləyirik”.
Myanmada rohinca müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq hallarından ciddi narahatlığımızı ifadə edirik.
Din.az bildirir ki, bunu Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XIN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
“Biz beynəlxalq ictimaiyyətin, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının bu zorakılığın dayandırılması istiqamətində olan səylərini dəstəkləyirik”, – XİN rəsmisi qeyd edib.
Qeyd edək ki, avqustun 25-dən Arakan vilayətində Myanma hərbçilərinin “təhlükəsizlik əməliyyatı” zamanı 2 mindən çox müsəlman qətlə yetirilib, 100 mindən çoxu isə evlərini tərk etməyə məcbur olub.