Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Müsəlmanlara qarşı zorakılıq halları artıb

Avropada İslama qarşı təzyiqlər artır.

Avstriyada Müsəlmanların Sənədləşmə və Məşvərət Mərkəzinin hesabatına əsasən, Avstriyada müsəlmanlara qarşı hücumlar 2016-cı ildə 65% artıb.

“Din.az” Türkiyənin “muslimport.com” saytına istinadən xəbər verir ki, Avstriyada Müsəlmanların Sənədləşmə və Məşvərət Mərkəzinin “2016-cı ildə müsəlmanlara qarşı irqçilik hesabatı”na əsasən, ölkədə islamofobik hücumlar ötən il xeyli artıb.

Hesabata əsasən, 2015-ci ildə müsəlmanlara qarşı 156 hücum qeydə alındığı halda, 2016-cı ildə bu say 253-ə yüksəlib.

Müsəlmanlara qarşı hücumların 98%-nin qadınları hədəf aldığı qeyd olunan hesabatda zorakılıqların 62%-nin açıq sahələrdə, yarıbağlı məkanlarda, ictimai nəqliyyatda və ictimai qurumlarda baş verdiyi bildirilib.

Hesabata əsasən, müsəlmanlara qarşı hücumların 31%-i kişilərə qarşı və şifahi şəkildə edildiyi halda, 30%-i nifrət kateqoriyasında qeyd edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az