Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Müsəlmanlar namazları ilə xristianları özlərindən çıxartdı

Katoliklər Triumf bağında qılınan namaza öz narazılıqlarını bildiriblər.

Qranadada katolik məbədinin yaxınlığında qılınan namaz xristianları özündən çıxardı.

“Din.az” bildirir ki, “The Local”ın verdiyi məlumata görə, İspaniyanın Qranada şəhərində katoliklər, xristianlar tərəfindən müqəddəs hesab olunan Müqəddəs Məryəm heykəlinin yerləşdiyi Triumf bağında qılınan namaza öz narazılıqlarını bildiriblər.

Müsəlmanların qıldığı namaz, şəhər şurasının icazəsi və sosiolist mer Frasisko Kuensanın təsdiqi ilə həyata keçirilmişdir. Onun fikrincə, bu, Qronadonun sülh və tolerantlıq şəhəri olmasını nümayiş etdirməlidir. İbadətin təşkilatçılarının sözlərinə görə bu tədbir “Ramazanı daha yaxşı başa düşmələri üçün bütün dinlərin davamçılarına açıq idi”.

Qranadanı təmsil edən deputat Luis Salvador, bu barədə öz fikrini: “Cənab Kuensa tolerantlıq və qarşılıqlı hörməti təxribatla qarışıq salır. Triumfdakı Müqəddəs Məryəm heykəli yanında müsəlmanların ibadətidir” – şəklində bildirmişdir.

Ultrasağçı VOX partiyası isə, öz növbəsində əhaliyə, etiraz aksiyasını “bərpa edərək” hakimiyyətin bu cür birmənalı olmayan qərarlarına etiraz etməyi təklif edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az