Müsəlmanlar İngiltərənin “bomjlar”ına yardım payladı…

Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq – ər kişinin işidir…
İngiltərənin Preston şəhərində yaşayan müsəlmanlar Milad və Yeni il ərəfəsində bu şəhərdəki xeyli sayda olan evsizlər üçün xeyriyyə tədbiri keçirib.
Din.az Moderator.az-a istinadən xəbər verir ki, bu haqda “Lancashire Evening Post” ingilis nəşri məlumat yayıb. Preston Cümə məscidi könüllü və xeyriyyəçiləri səfərbər edib və onlar pul toplayaraq ən lazımlı əşyaların dəstindən ibarət çantalar hazırlayıblar. 100-dən çox çiyin çantası isti geyim, qida və gigiyenik ləvazimatlarla doldurulqdan sonra könüllülər onları Preston şəhərindəki evsiz insanlara paylayıbllar.
“Şəhərin küçələrində çox sayda insan gecələyir, havalar pisləşir və bu insanları böyük çətinliklər gözləyir. Evsizlərə çiyin çantaları paylama ilk kampaniyamızdır və biz tədbirimiz haqqında informasiya yaydıqdan sonra ictimaiyyətdən böyük dəstək aldıq. Hətta Yorkşir və Londondan da ianələr göndərildi”, – deyə aksiyanın təşkilatçısı Şenaz bildirib. / Moderator.az