Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

MÜSƏLMAN XANIMIN ŞƏRƏFİNƏ ASTEROİD ADLANDIRILDI – NASA

Botanika sahəsindəki elmi uğurlarına görə böyük mükafat…

Amerika Kosmik Agentliyi (NASA) 33535 nömrəli asteroidi müsəlman xanım Fatimə binti Əbdül Munəym əl-Şeyxin şərəfinə adlandırdı.

Din.az bildirir ki, bu haqda xarici İslam nəşrlərinə istinadla yazır. Amerikanların bu gözlənilməz addımına səbəb isə adıçəkilən xanımın botanika sahəsindəki elmi işində qazandığı uğur olub. Fatimə xanımın təqdim etdiyi elmi iş 2016-cı ildə Beynəlxalq Mühəndislik Yarmarkasında 2-ci yeri tutmuşdu. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az