Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“MÜSƏLMAN TERRORÇULARI DONUZ QANINA BATIRILMIŞ GÜLLƏLƏRLƏ ÖLDÜRMƏK LAZIMDIR”

“Radikal islam”la mübarizə aparmağın yolları…

ABŞ prezidenti növbəti dəfə İslam və müsəlmanlara qarşı irqçi mövqeyini ortaya qoyub.

Din.az Moderator.az-a istinadən bildirir ki,  Donald Tramp “Twitter” səhifəsində ötən gün Barselonada baş vermiş terrordan bəhs edərkən “radikal islam”la mübarizə aparmaq üçün “daha əlverişli yol” təklif edib. İrqçi prezident  müsəlman (!) terrorçuları donuz qanına batırılmış güllələrlə öldürməklə “İslam terroru”nun kökünü kəsməyin mümkün olduğunu bildirib:

“General Perşinqin ABŞ-da həbs edilmiş terrorçularla nə etdiyini öyrənin! Bundan sonra 35 il müddətində İslam terroru olmamışdı.”

D.Tramp  1898-ci ildə ABŞ-ın Filippində müstəmləkəçiliyi dövründə Amerika-İspaniya savaşları zamanından bəhs edir. Həmin vaxt ABŞ generalı Con Perşinq  yerli “radikal” müsəlmanlardan 50-i həbs edir və onlardan 49-u güllələyir. Deyilənə görə, müsəlmanlara vurulan güllələr  donuz qanına batırılır. Və onlardan biri azad edilir ki, bu vəziyyətdə edam edilmə səhnəsini digərlərinə xəbər versin. Amerikalıların bu əfsanəsinə görə, bundan sonra həmin əyalətdə sabitlik yaranır.

Maraqlıdır ki, general Perşinq özü memuarlarında həmin “donuz qanı batırılmış güllələr”dən yazımır. Ancaq digər bir generalın qətlə yetrilmiş müsəlmanların “cənnətə düşməsinin qarşısını almaq üçün” onları donuz leşləri ilə birgə basdırmasını xatırlayır…

P.S. Tarixi faktlar isə göstərir ki,  ABŞ generallarının Filippində öldürdüyü müsəlmanların terrorla heç bir əlaqəsi olmayıb. Onlar Amerika müstəmləkəçiliyinə qarşı öz azadlıqları uğrunda mübarizə aparıblar. Odur ki, ABŞ prezidentinin müqayisəsi qətiyyən yerinə düşmür…

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az