Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Müsəlman sərnişin təyyarədən düşürüldü

“Bu vəziyyətə düşməyimin yeganə səbəbi müsəlman olmağımdır”.

İngiltərə vətəndaşı olan müsəlman müəllimin Nyu York təyyarəsindən düşürüldüyü məlum olub.

“Din.az” “timeturk.com”a istinadən xəbər verir ki, İngiltərə mətbuatında qeyd edilən xəbərə əsasən, müəllim olan 25 yaşlı Miyah ötən həftə bir məktəbə getdiyi zaman Reykyavikdən ABŞ-a uşmağa hazırlaşarkən hava limanında əvvəl geyimləri çıxarılaraq axtarılıb, sonra isə təyyarədən düşürülüb.

Təyyarədə digər sərnişinlərin qarşısında rüsvay olduğunu deyən Muhəmməd Juhel Miyah onunla cinayətkar kimi davrandıqlarını bildirərək deyib: “Bu halla heç kim qarşılaşmamalıdır. Mən bütün qaydalara əməl etdim. Lakin yenə də mənə qarşı kobud rəftar etdlər. Onlar qarşısında çox aciz vəziyyətə düşdüm. Heç nə edə bilmədim. Məncə bu vəziyyətə düşməyimin yeganə səbəbi müsəlman olmağımdır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az