Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

MÜSƏLMAN QADINLARA DONUZ ƏTİ GÖSTƏRƏRƏK TƏHQİR ETDİ- HAKİMİN GÜLÜNC QƏRARI

“Müsəlmanlardan nifrət edirəm” deyən şəxs cüzi cəza verildi.

İsveçin paytaxtı Stokholmda şəhərətrafı qatarla səyahət edən 3 hicablı qadın müsəlmanlara nifrət edən şəxsin hücumuna məruz qalıb.

Din.az bildirir ki, 52 yaşlı şəxs müsəlman qadınlara donuz əti göstərərək “Müsəlmanlardan nifrət edirəm. Mundar ərəblər” deyib.

Məhkəmə həmin şəxsə 14 min kron (1400 Avro) cəza kəsib.

Məhkəmənin qərarı ilə müsəlmanlara qarşı nifrət elan edən şəxs 3 qadına cəmi 5 min kron (təxminən 500 avro) təzminat ödəməlidir.

Bundan başqa məhkəmə müttəhimə verdiyi 60 gün həbs cəzasını pula çevirərək, 9 min kron (təxminən 900 avro) pul ödəməyə məhkum edib. / A24.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az