Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Müsəlman qadın “yumurta atəşinə” tutuldu – FOTO

Dünyadakı nifrətin ölçülərini izah etməyə söz lazım deyil…

Amerikanın Kaliforniya ştatında qızı ilə alış-veriş edən hicablı qadın bir qrup şəxsin hücumuna məruz qalıb.

“Din.az” “xalq.az”a istinadən xəbər verir ki, hadisə Alameda şəhərində baş verib. Farad Afşar adlı kollec tələbəsi sosial şəbəkədə anasının hicablı olduğuna görə hücuma məruz qaldığını yazıb.

“Anam, dünyada görə biləcəyiniz ən yaxşı və fədakar insandır. Anama və bacıma hicablı olduqları üçün yumurta ilə hücum edilib. Bu dünyadakı nifrətin ölçülərini izah edəcək söz tapa bilmirəm”, – deyə qız əlavə edib.

1468358355_amer-300x219

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az