Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Müsəlman ölkəsinə NÖVBƏTİ ZƏRBƏ …

Son bir həftə ərzində İndoneziyada ikinci təbii fəlakət baş verir.

Bu gün Yeni Qvineya adasının İndoneziya hissəsinin sahilində 6,1 maqnitudla zəlzələ baş verib.

Din.az xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Xidməti bildirib.

Yeraltı təkanlar yerli vaxla 06.03-də qeydə alınıb. Zəlzənin episentri Qərbi Papua əyalətinin paytaxtı Manokvaridən 70 kilometr cənubda yerləşirdi.

Qurbanlar və dağıntılar haqqında informasiya yoxdur.

Qeyd edək ki, bu, son bir həftə ərzində İndoneziyada ikinci təbii fəlakətdir. Ötən şənbə baş verən sunami nəticəsində Lampunq və Banten əyalətlərində ən azı 429 insan həlak olublar, 150-dən çoxu itkin düşüb, 1,4 mindən çoxu yaralanıb, 16 mindən çox insan evini tərk etməyə məcbur olub.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az