Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Müsəlman ölkəsindən qərar: TV-lərdə açıq-saçıqlıq qadağan edildi

Ölkə rəhbərliyi bu yolla milli dəyərləri qorumaq qərarına gəlib.

Tacikistanda TV ilə bağlı qərar qəbul edilib.

Din.az bildirir ki, Tacikistan rəhbərliyi dövlət televiziyasında intim xarakterli səhnələrin göstərilməsini qadağan edib.

Senzura siyahısına yerli və xarici filmlər daxilib. Filmlərin erotikadan təmizlənməsi “Tacikfilm” kinostudiyasına tapşırılıb.

Ölkə rəhbərliyi bu yolla “xarici mədəniyyətin” yayılması və milli dəyərləri qorumaq qərarına gəlib.

Televiziya və Radioyayım Komitəsinin sədrinin müavini Məhmədşərif Babazadə qeyd edib ki, açıq-saçıq səhnələrin nümayişi tacik mədəniyyəti ilə uyğun deyil. Üstəlik bildirilir ki, TV-lərdə intim mövzuların qadağan edilməsinin təşəbbüsü əhalidən gəlib. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az