Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Müsəlman ölkəsindəki iftar Ginnesin rekordlar kitabına düşdü – VİDEO

Ramazan ayında ən miqyaslı iftar süfrəsi təşkil edildi.

Dubayda dünyanın ən uzun iftar süfrəsi təşkil edilib.

Din.az bildirir ki, BƏƏ-in Dubay şəhərində müqəddəs Ramazan ayında ən miqyaslı iftar süfrəsi təşkil edilib. Tədbir dünyanın “ən uzun stolunun” təşkil edilməsinə görə Ginnesin rekordlar kitabına düşüb. Sözügedən süfrənin uzunluğu 6 km olub.

Tədbirin təşkilatçısı Dubay polisi olub. İftar süfrəsi xeyriyyə xarakterli olub. İftarda Hindistan, Şri-Lanka, Pakistan, Çin, Filippin və digər Asiya ölkələrindən olan 12,830 işçi iştirak edib.

Yeməklərin hazırlanması ilə 35 restoran və 500 könüllü məşğul olub. Tədbirə hazırlıq isə ümumilikdə 200 saat vaxt alıb. / İslamazeri.com

blob:http://www.dailymotion.com/0610e64d-3881-42a8-bf72-a9b34c818f62

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az