Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Müsəlman ölkəsi Ermənistanın bayramını təntənə ilə qeyd etdi – FOTO

Dünyanın ən hündür binasının üzərində erməni bayrağının rəngləri əks olundu.

Birləşmiş Ərəb Əmirliyində Ermənistan Respublikasının müstəqillik günü münasibətilə dünyanın ən hündür binası – Bürc Xəlifə erməni bayrağının rəngləri ilə işıqlandırılacaq.

Xəbər öz təsdiqini tapdı və yalnız Dubaydakı Bürc Xəlifə deyil, əmirliyin paytaxtı Abu-Dabinin də göydələnlərinin biri Ermənistan Respublikasının bayrağının rəngləri ilə işıqlandırılıb.

Xəbəri təqdim edən erməni saytı “Aravot” yazır:

“Bu təşəbbüs Ermənistanın Birləşmiş Ərəb Əmirliyindəki səfirliyinə məxsusdur. Buna görə də səfirlik dost ərəb ölkəsinin hökümətindəki kolleqalarına və dostlarımıza bu təşəbbüsü dəstəklədiyinə görə təşəkkür edir”.

P.S. Ermənistanın müstəqillik günü münasibəti ilə İran İslam Respublikasının prezidenti Həsən Ruhani də Ermənistan rəhbərliyinə təbrik məktubu göndərib və iki ölkə arasında dost münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az