Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“MÜSƏLMAN” KOLBASASI DA HARAM ÇIXDI

“Musulmanskaya” markalı məhsullar haram çıxdı.

Yaşıl etiketdə buraxılan məhsulun guya tərkibində toyuq əti olduğu göstərilir, amma…

Ekspertlər daha bir kolbasa məhsulunun saxta olaraq halal kimi təqdim edilməsini üzə çıxardı.

Din.az Moderator.az-a istinadən bildirir ki, bu haqda Rusiyanın “Tayqa.info” saytı məlumat yayıb.

Söhbət bu yayın əvvəlində Cənubi Uraldakı “Zdorovaya ferma” (“Sağlam ferma”) şirkətinin istehsal edərək Sibir dükanlarında satışa buraxdığı “Musulmanskaya” markalı məhsullardan gedir. Kolbasanın etiketi müsəlman rəmzi olan yaşıl rəngdədir və üzərinə qırmızı hərflərlə “Musulmanskaya” yazılıb. Məhsulun toyuq ətindən ibarət olduğu göstərilib. Lakin distributorlardan biri tərəfindən dəvət edilmiş rəsmi dövlət ekspertləri müəyyən edib ki, həmin kolbasalar halal hesab edilə bilməz. Çünki məhsulun tərkibində donuz DNT-ləri aşkar edilib. Maraqlıdır ki, sözügedən şirkətin təsisçisi Vladimir Akayev “Müsəlman” kolbasasasının tərkibində donuz əti olmasında təhqiredici heç nə görmür…

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az