Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Müsəlman kəndin camaatı tarixi kilsəni bərpa etdi

Müsəlman xalqın bu hərəkəti bütün xristianları şok edib

Bolqarıstanın bir kəndində yaşayan müsəlmanlar kənddəki xristian camaatın rahat şəkildə ibadət edə bilməsi üçün kənddəki kilsəni bərpa edib.

“Din.az” xəbər verir ki, Kozlets kəndinin müsəlman sakinləri aralarında fond yaradaraq yığdıqları pullarla kəndin kilsəsini bərpa etdirib. Bu hərəkət sadəcə kənddəki xristianları deyil, Bolqarıstanda yaşayan bütün xristianlar tərəfindən rəğbətlə qarşılanıb.

Mövzu ilə əlaqədar Bolqar televiziyasına danışan kənd muxtarı Kadir Beynur, “Payızın gəlməsi ilə çətinləşən hava şəraitindən dolayı istifadəsiz hala düşən kilsənin damına görə xristianlar üçün narahat olurduq. Bu səbəbdən müsəlman kəndin sakinləri olaraq aramızda pul yığmağa qərar verdik və kilsənin təmirini təmin etdik” deyib.

Pul yığan müsəlmanlar, kilsənin zəng çalınan qülləsini bərpa edib və kilsənin ətrafını hasara alıblar. Bundan başqa pencələrin və pərdələrin yenilənməsi ilə kilsənin daxilindəki bərpa işlərini də tamamlayıblar.

Həmçinin kənd camaatı, kilsəyə qış aylarında tezdən gələnlərin yağış və qar altında gözləməməsi üçün bir gözləmə məkanı düzəltməyi də planlaşdırır. Bununla yanaşı kilsənin ətrafında meyvə ağacları olan bir bağçanın salınması da gözlənilir.

Təxminən 7 milyon əhalisi olan Bolqarıstanda müsəlmanların sayı 577 mindir. Müsəlman xalqın bu tolerantlıq nümunəsinin əks-sədası bütün Bolqarıstana yayılıb.

Ekran-Resmi-2016-04-15-07.18.32

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az