Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

MÜSƏLMAN ALİMİ TƏHQİR EDƏN AKİF ƏLİ ÜZR İSTƏDİ – MÜRACİƏT

“Fındıqbaş” ifadəsinin doğurduğu əks-səda…

Əgər yerinə düşməyən, bəlkə də emosional ifadələr olubsa, üzr istəyirəm.

Din.az Kult.az-a istinadən xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Akif Əli Lütfi Zadə haqda işlətdiyi “fındıqbaş” ifadəsinin doğurduğu kəskin reaksiyalara cavab olaraq sosial şəbəkədəki hesabında yazıb.

O, ABŞ-da yaşayan və vəfat edən xalqın sevimli alimi Lütfi Zadənin harada dəfn ediləcəyi ilə bağlı müxbirin səhər-səhər hələ iş başlamamış, hələ qəzetlərlə, mətbuatdakı son xəbərlərlə tanış olmamış verdiyi tələsik sualın tələsik cavabının haqlı narazılıq doğurduğunu bildirib:

“Təəssüf edirəm ki, biz həmişə qarşılıqlı anlaşma şəraitində işlədiyimiz saytın müxbiri ilə telefonda bir-birimizi düz başa düşməmişik. Mən həqiqətən alimin dəfni ilə əlaqədar təfərrüatlara malik deyiləm. Və bunu bildirmişəm. Tanrı xalqın böyük aliminin ruhunu şad etsin!”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az