Müsəlman ağzı ilə süni tənəffüs verərək iti ölümdən xilas etdi – FOTO / VİDEO

Özünü itirmədən heyvanı həyata qaytarmaq üçün əlindən gələni etdi.
Türkiyənin Rize şəhər sakini Ömər Yılmaz ürək masajı və süni tənəffüs verərək boğulan bir iti xilas edib.
Din.az Moderator.az-a istinadən xəbər verir ki, bu haqda “Yeni Şafak” yazıb. Kendirli rayonunda bazar-dükan sahibləri tez-tez küçə itlərini yedizdirirlər. Amma bu dəfə onların diqqətini yerə uzanmış bir it cəlb edib. Ömər Yılmaz adlı ticarətçi heyvanı gözdən keçirib və nə iləsə boğulduğunu anlayıb. Türk başını itirməyib və heyvanı həyata qaytarmaq üçün əlindən gələni edib. Omer ürək masajı etdikdən sonra iti ən yaxın mağazanın mətbəxinə apararaq orada onun ağzını yuyub və öz ağzından süni tənəffüs verib. Qayğıkeş müsəlmanın səylərinin nəticəsi olaraq it həyata qayıdıb və yüksək səslə hürüb.
Ömər Yılmaz dördayaqlı bir dostu xilas edə bildiyindən çox məmnun olduğunu bildirib.