Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Münhendəki terror qurbanlarının 7-si müsəlmandır

Öldürülən müsəlmanlar Türkiyə, Kosova və Yunanıstan vətəndaşlarıdır…

Ötən cümə Almaniyanın Münhen şəhərində 9 nəfərin ölümü ilə nəticələnmiş terakt qurbanlarından 7-nin müsəlman olduğu üzə çıxıb.

“Din.az” “modern.az”a istinadla yazır ki, bu barədə Bavariya polisinin rəisi Robert Haymberger məlumat verib. Onun sözlərinə görə, qurbanlardan 14 yaşlı Armela Seqaşi, Sabina Sulaj, 21 yaşlı Camant Zaberja Kosovo vətəndaşları, 14 yaşlı Can Leyla, Selçuk Kılıç, 45 yaşlı Sevda Dağın Türkiyə vətəndaşı və 19 yaşlı türk əsilli Hüseyn Dayıcıkın Yunanıstan vətəndaşı olması üzə çıxıb.

Xatırladaq ki, hadisəni 18 yaşlı İran əsilli Almaniya vətəndaşı Əli Sonbolinin törətdiyi üzə çıxıb. O, cinayəti törətdikdən sonra intihar edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az