Muhəmməd peyğəmbər qadınların ağıllarının az olduğunu deyibmi?

Peyğəmbərimizə necə açıq şəkildə iftira atıldığına şahid oluruq…
Qadınların ağıllarının az, dinlərinin isə əskik olduğu, cəhənnəm əhlinin əksəriyyətinin qadınlardan ibarət olduğu iddiasında bir-birinə bənzər onlarla rəvayətin olduğunu görürük. Bunlardan biri belədir:
“Peyğəmbər (s) Qurban və ya Ramazan bayramında bayram namazı üçün namazgaha çıxdı. Namazdan sonra insanlara xütbə oxudu və
“Ey insanlar sədəqə verin” deyərək onlara sədəqə vermələrini əmr etdi. Sonra qadınların yanına getdi və onlara müraciət edərək belə dedi: “Ey qadınlar topluluğu! Sədəqə verin.
Cəhənnəmdəkilərin çoxunun siz qadınlar olduğunu gördüm. Qadınlar “Nə üçün, ey Rəsulullah!” soruşduqda, belə buyurdu:
“Çünki siz çox lənət edir, ərlərinizin sizin üçün etdiyi yaxşılıqlara nankorluq edirsiniz. Ağıllı kişinin ağlını sizin qədər başından alan, ağlı və dini əskik olan başqa varlıq görmədim, ey qadınlar topluluğu!” (Buxari, Zəkat 44. BənzərRəvayətlər: Buxari, Hayz 6, Zəkat 44, İman 21, Kusuf 9, Nikəh 88; Muslim, Kusuf 17, (907), İman 132, (79); Nəsai, Küsuf 17, (3, 147))
Belə rəvayətlərdən aydın olduğu kimi Peyğəmbərimizə açıq şəkildə iftira atmaqla qadınlara yaraşmayan ifadələrişlətdiyi iddia edilmişdir.