Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Mübariz Qurbanlı: “Sosial media vasitəsilə uydurma, böhtan xarakterli məlumatlar yayırlar”

“Azərbaycanda xalq – lider birliyi mövcuddur, ölkəmizdə sabitlik və inkişaf hökm sürür”.

“Azərbaycanın qazandığı bütün bu uğurlar bəzi dairələr tərəfindən qısqanclıq və narahatlıqla qarşılanır. Onlar ölkəmizin müsbət beynəlxalq imicinin və uğurlarının üzərinə kölgə salmağa çalışırlar. Bu məqsədlə ayrı-ayrı media orqanlarında və sosial şəbəkələrdə vaxtaşırı Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Əlbəttə, bu cəhdlər əbəsdir”.

Din.az “Report”a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı söyləyib.

“Azərbaycan xalqı öz taleyini böyük inamla etibar etdiyi ölkə rəhbəri İlham Əliyevin rəhbərliyi altında gerçəkləşdirilən siyasəti birmənalı olaraq dəstəkləyir. Prezident isə xalqın bu etimadına arxalanaraq daxili və xarici aləmdə müstəqil, milli maraqlara əsaslanan siyasət yeridir. Bu isə onu göstərir ki, ölkəmizin suveren inkişaf yolunda irəliləməsinə mane olmaq mümkün deyil. Təəssüf ki, ölkəmizdə uğursuzluğa düçar olmuş və milli maraqlara zidd hərəkətləri ilə özlərini ifşa etmiş bəzi adamlar da xaricə üz tutaraq Azərbaycan əleyhinə qarayaxma kampaniyasında iştirak edir, sosial media vasitəsilə həqiqətlərə uyğun olmayan, uydurma, böhtan xarakterli məlumatlar yayırlar.

Əlbəttə, Azərbaycan cəmiyyəti belələrini dəstəkləmir, onların öz uğursuzluqlarını ört-basdır etmək üçün dövriyyəyə yalan məlumatlar buraxdıqlarını, anti-milli çağırışlar səsləndirdiklərini yaxşı bilir. Ümumiyyətlə, bu cür cəhdlər faydasız və nəticəsizdir, iflasa məhkumdur. Çünki Azərbaycanda xalq – lider birliyi mövcuddur, ölkəmizdə sabitlik və inkişaf hökm sürür. Azərbaycan xalqı reallıqları görür və yüksək qiymətləndirir. Bütövlükdə, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr Azərbaycan üçün çox mühüm nailiyyətlərlə zəngindir. Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir.” , – deyə Mübariz Qurbanlı bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az