Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Mübariz Qurbanlı Samuxda vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı Samuxda vətəndaşlarla görüşəcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı avqustun 29-da Samux rayonunda vətəndaşları qəbul edəcək.
Din.az bildirir ki, Komitədən “Report”a verilən məlumata görə, qəbul Samux rayon Heydər Əliyev Mərkəzində saat 10:00-da keçiriləcək. Qəbulda Gəncə, Daşkəsən, Naftalan, Göygöl, Goranboy, Samux sakinləri, eləcə də bölgədə məskunlaşmış Xocalı və Kəlbəcər rayonlarından olan qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az