Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Mübariz Qurbanlı: “Məzhəblərarası qarşıdurmanı təşviq edən kitabların yayılmasını məqsədəuyğun saymırıq”

“Xaricdə çap olunmuş kitablarda məzhəblərarası, təriqətlərarası qarşıdurmalara sövq edən fikirlər mövcuddur”

“Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanun var. Bu qanuna əsasən, Azərbaycanda nəşr olunan və Azərbaycana gətirilən dini məmulatlar, o cümlədən kitablar rəy alındıqdan sonra yayıla bilər”.

“Din.az” APA-ya istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
10912927_10203512291152399_781308124_n

Komitə sədri qeyd edib ki, bir sıra nəşrlər və xaricdə çap olunmuş kitablarda məzhəblərarası, təriqətlərarası qarşıdurmanı təşviq edən, buna çağıran fikirlər öz əksini tapıb: “Bu cür kitabların Azərbaycanda nəşri və yayılmasını məqsədəuyğun hesab etmirik. Çünki bu cür kitabların yayılması ölkədə məzhəblərarası qarşıdurmanın təşviqinə və təbliğinə gətirə çıxara bilər”.

Komitə sədri əlavə edib ki, əksər ölkələrdə bu cür kitabların yayılması ilə əlaqədar məhdudiyyətlər var və bu həm beynəlxalq hüquq normalarına, həm də ölkələrin qanunlarına uyğundur: “Xüsusilə ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərdə bunu nəzərə almaq lazımdır. Biz görürük ki, dini radikalizmi təşviq və təbliğ edənlər var, onlara qarşı da mübarizə aparılır. Bizdə bununla bağlı xüsusi qrup var və bu məsələnin üzərində işləyir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az